13:05 12-04-2020
news_image
952
FUTBOL

"Neftçi"yə 2 rəqib - Alıyev seçim qarşısında

Koronavirus pandemiyası səbəbindən Premyer Liqa dayandırılsa da, "Neftçi" gələn mövsümün planlarını cızmağa başlayıb.

Apasport.az saytının məlumatına görə, bir neçə futbolçu ilə yollarını ayırmağı planlaşdıran Bakı klubu ilk yerli transfer hədəfini də müəyyənləşdirib.

"Ağ-qaralar" "Qəbələ"nin heyətində uğurlu mövsüm keçirən Qismət Alıyevi heyətinə qatmaqda maraqlıdır. "Neftçi" qış fasiləsində də 24 yaşlı oyunçuya elçi düşmüş, lakin keçid baş tutmamışdı. Həmin vaxt "Qəbələ"də qalmağı üstün tutan Alıyev gələn mövsüm daha iddialı klubun formasını geyinmək fikrindədir.

Ancaq onun uğrunda mübarizədə "Neftçi" tək deyil. "Keşlə" və "Zirə" də U-21 millimizin sabiq üzvünü istəyir. Futbolçu özü maliyyə ilə yanaşı, əsas heyətində çıxış edə biləcəyi komandanı seçmək istəyir. Həm müdafiənin cinahında, həm də yarımmüdafiənin mərkəzində oynamağı bacaran Alıyevin "Qəbələ" ilə müqavilə müddəti mövsümün sonuna qədər olduğundan, komandasını dəyişmək özündən asılıdır.

Qeyd edək ki, "Qəbələ"nin yetirməsi olan Qismət Alıyev 2015-ci ildən əsas komanda yer alır.