14:44 12-04-2020
news_image
159
FUTBOL

Rodriges “Everton”a keçməyə razıdır – Ançelottiyə görə

İspaniyanın “Real” klubunun futbolçusu Hames Rodriges karyerasını İngiltərədə davam etdirməyə razılıq verib.

Apasport.az saytının məlumatına görə, kolumbiyalı yarımmüdafiəçi mövsümün sonunda “Everton”a keçməyə hazırdır.

29 yaşlı futbolçu Liverpul təmsilçisinə baş məşqçisi Karlo Ançelottiyə görə keçmək istəyir. Əvvəllər də italiyalının rəhbərliyi altında çıxış edən Hames onunla çalışmağın tərəfdarıdır.

Futbolçunun agenti Jorje Mendeş onun üçün digər variantlar da axtarır. İngiltərə “Mançester Yunayted”i və İtaliya “Yuventus”u ilə də danışıqlar aparan agent yarımmüdafiəçinin keçidi üçün çalışır.

Qeyd edək ki, cənubi amerikalının “Real”la müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.