15:07 12-04-2020
news_image
1429
FUTBOL

Neymar anasına xoşbəxtlik arzuladı - 22 yaşlı idmançı ilə

Braziliya milli komandasının və Fransanın PSJ klubunun futbolçusu Neymarın anası Nadin Qonsales diqqət mərkəzinə düşüb.

Apasport.az saytının məlumatına görə, cənubi amerikalı ulduzun anası kiberidmançı Tyaqo Ramosla münasibətdə olduğunu açıqlayıb.

Qonsalesin 22 yaşlı sevgilisi Neymardan da kiçikdir. O, “4k Easy” klubunun heyətində “Free Fire” mobil qurğular üçün kral döyüşlərində iştirak edir.

28 yaşlı Neymar anasının paylaşımına rəy də bildirib: “Xoşbəxt ol, ana. Səni sevirəm”.