15:34 12-04-2020
news_image
172
FUTBOL

"Yuventus"dan təklif - "Boka Xuniors"un hücumçusuna

"Boka Xuniors"un hücumçusu Xan Urtado Avropaya köçə bilər.

Apasport.az saytının məlumatına görə, "Yuventus" 20 yaşlı forvardın transferində maraqlıdır.

Venesuelalı oyunçunun meneceri "qoca sinyora" ilə danışıqlara başlanıldığını da təsdiqləyib. Agent turinlilərin keçidin mümkünlüyü barədə onlarla müzakirə apardıqlarını bildirib. Hurtadonun "Boka Xuniors"la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.

Qeyd edək ki, Xan Urtado Argentina klubuna ötən ilin yayında ölkənin digər təmsilçisi "Ximnasiya"dan keçib.