15:51 12-04-2020
news_image
148
FUTBOL

Ayrılmaq istəyir - "Tottenhem"in yeni transferi

"Tottenhem"in yarımmüdafiəçisi Tanqay Ndombele komandasını dəyişməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, 23 yaşlı futbolçu London klubunda qalmaq istəmir.

Buna səbəb fransalının baş məşqçi Joze Mourinyo ilə münasibətlərinin qaydasında olmamasıdır. Portuqaliyalı mütəxəssisin son olaraq karantin qaydalarını pozaraq komandanı məşqə çıxarması orta sahə oyunçusunun narazılığına yol açıb.

Qeyd edək ki, ötən ilin yayında "Lion"dan 60 milyon avroya transfer edilən Tanqay Ndombele bu mövsüm 27 matçda iştirak edib, 2 qol, 4 assistlə yadda qalıb.