20:52 12-04-2020
news_image
244
FUTBOL

Transfer müjdəsi - FİFA-dan

Koronavirus pandemiyası ilə əlaqədar futbol yarışlarında fasilə yarandığından, 3-cü "transfer pəncərəsi" açıla bilər.

Apasport.az saytının məlumatına görə, bunu FİFA Müşahidə Şurasının sədri Ceyms Kiçinq deyib.

Ali futbol qurumunun nümayəndəsi futbolçuların rahatlığının təmini üçün müxtəlif formada işlər aparıldığını söyləyib: "Üçüncü "transfer pəncərəsi" görə bilərik. Müqavilə müddəti planlaşdırılan tarixdən gec başa çatacaq futbolçuların da özlərini bu baxımdan rahat hiss etmələrini istəyirik".

Kiçinq həmçinin onu da vurğulayıb ki, FİFA futbolçularla yanaşı, klubların da zərər görməməsinə çalışır: "Təxirəsalmaların nə vaxta qədər davam edəcəyi, transfer dönəmləri və əlavə müddət üçün çalışmalar davam edir".