22:38 12-04-2020
news_image
122
FUTBOL

“Milan”dan ayrılır – 6 ildən sonra

İtaliyanın “Milan” klubunun futbolçusu Cakomo Bonaventura komandanı tərk edəcək.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi mövsümlərarası fasilədə 6 il şərəfini qoruduğu klubdan ayrılacaq.

A seriyası təmsilçisi Bonaventura ilə müqaviləni uzatmır. Onun indiki müqaviləsi isə 2020-ci il iyunun 30-da başa çatacaq. 30 yaşlı futbolçu azad agent kimi heyətində görmək istəyən klublar arasında isə cari mövsümün iddialılarından biri “Latsio” da var.

Qeyd edək ki, İtaliya millisində 14 oyun keçirən vinger karyerası ərzində “Atalanta”, “Perqokrem” və “Padova”nın da şərəfini qoruyub.