22:54 12-04-2020
news_image
147
FUTBOL

Premyer Liqa yolunda - Qodin

İtaliyanın “İnter” klubunun futbolçusu Dieqo Qodin İngiltərə təmsilçilərinin maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, Milan təmsilçisindən ayrılmaq niyyətində olan uruqvaylı müdafiəçini Premyer Liqanın iki komandası heyətində görmək istəyir.

Bunlar “Mançester Yunayted” və “Tottenhem”dir. Hər iki klub müqaviləsi 2022-ci ilin yayına qədər olan 34 yaşlı cənubi amerikalının xidmətində maraqlıdır. Lakin ingiltərəlilər “İnter”ə rəsmi təkliflə müraciət etməklə bağlı tələsik qərar vermək fikrindən uzaqdır.

Qeyd edək ki, Uruqvay millisində 135 oyuna 8 qol vuran müdafiəçi ötən yay İspaniya “Atletiko”sundan “İnter”ə azad agent kimi keçib.