00:10 13-04-2020
news_image
162
FUTBOL

İcarədə olanlar qayıda bilər, amma... – FİFA rəsmisi

FİFA-nın hüquq direktoru Emilio Qarsiya Silvero "transfer pəncərə"sinin iyulun 1-də açılmayacağını bildirib.

Apasport.az saytının məlumatına görə, o, futbolçuların həmin vaxt yeni müqavilə bağlaya bilməyəcəklərini deyib.

Silvero icarədə olan oyunçuların məxsus olduqları komandaya qayıda biləcəklərini sözlərinə əlavə edib. Lakin onlar dönsələr, mövsümün sonuna qədər oynaya bilməyəcəklər: "FİFA iyunun 30-dan sonra mövcud müqavilələrin uzadılmasına icazə verməyəcək. "Transfer pəncərəsi" daha əvvəl açılmayacaq, oyunçular qeydiyyata alınmayacaq. İyulun 1-də transfer bazarı rəsmən açıq olmayacaq. İyunun 30-dan sonra icarədə olan futbolçular klublarına dönə biləcəklər, amma qeydiyyata düşə bilməyəcəklər. Hər şey bu mövsümün bitməsindən asılı olacaq".

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən dayandırılan ölkə çempionatlarının bərpa və bitmə müddəti hələ müəyyənləşməyib.