00:21 13-04-2020
news_image

“Məhəmməd Əli tarixin ən yaxşısıdır” – Tayson

“Bu, sadəcə virtual oyundur”.

Apasport.az saytının məlumatına görə, bunu boks əfsanəsi Mayk Tayson deyib.

ABŞ təmsilçisi peşəkar boks üzrə virtual turnirin qalibi olmasına münasibət bildirib. Tayson finalda üstələdiyi digər əfsanə Məhəmməd Əliyə reallıqda qalib gələ bilməsinin mümkünsüz sayıb: “Real həyatda mən Məhəmməd Əliyə qalib gələ bilməzdim. O, tarixin ən yaxşısıdır”.

Qeyd edək ki, Mayk peşəkar karyerasına 1985-ci ildə başlayıb. 2016-cı ildə ölən Əli isə 1981-ci ildə rinqlə vidalaşıb.