00:47 13-04-2020
news_image
161
FUTBOL

Karyerası ilə bağlı iddialara aydınlıq gətirdi - İbrahimoviç

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç komandadan ayrılmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası səbəbindən dayandırılan çempionatlar başa çatdıqdan sonra isveçli forvard "rossonyerlər"i tərk edəcək.

"Milan"la müqavilə müddətini daha 1 il uzatmaq hüququna malik olan İbra buna ehtiyac duymur. Ancaq o, karyerasını bitirmək fikrində də deyil. 38 yaşlı superulduz artıq digər təklifləri nəzərdən keçirməyə hazırdır. Zlatan yanvarda "Los-Anceles Qalaksi"dən keçdiyi "Milan"ın heyətində keçirdiyi 8 oyunda 3 qol, 1 assistlə yadda qalıb.

Qeyd edək ki, Zlatan İbrahimoviç İtaliyada "Milan"la yanaşı, "Yuventus" və "İnter"in də formasını geyinib.