09:37 13-04-2020
news_image
144
FUTBOL

Aleksandr Rıbka: "Çempionat mayın sonundan tez bərpa olunmaz" - MÜSAHİBƏ

"Səbail"in qapıçısı Aleksandr Rıbka ölkəsi Ukrayna mətbuatına müsahibə verib.

Apasport.az saytının məlumatına görə, qolkiper Azərbaycandakı son durumla bağlı məlumat verib, həmçinin Premyer Liqanın bərpası ilə bağlı proqnoz bildirib.

- Azərbaycanda karantin necə gedir?
- Kiyevlə daim əlaqə saxlayıram. Buna əsasən deyə bilərəm ki, Azərbaycanda karantin rejimi daha sərtdir. Evimizin həyətində bir mağaza var, problemsiz ora gedə bilərsiniz. Bazara getmək lazımdırsa, xüsusi nömrəyə mesaj göndərməli və cavab olaraq SMS icazəsi almalısınız. Artıq iki dəfə SMS-dən istifadə etmişəm. Dostlarımın yoldaşları deyirlər ki, şəhərdə tıxaclar olur. Bəzən maşınları dayandırıb, evi tərk etmək icazəsi olub-olmadığını yoxlayırlar. Sonradan problemlə üzləşməmək üçün SMS göndərmək daha yaxşıdır.

- Daha hansı məhdudiyyətlər tətbiq olunur?
- Mağazaya yalnız maska, əlcək taxıb əllərinizi antiseptiklə təmizləməklə gedə bilərsiniz. Karantin yeni başlayanda gəzinti meydançasında gəzib, basketbol oynamaq mümkün idi. İndi hər kəs üçün küçəyə çıxmaq qadağası var. Kiyevdə deyirlər ki, Obolonski sahili boyunca qaça bilərsiniz. Burada belə genişlik imkanı yoxdur.

- Azərbaycanda koronavirusa yoluxma çoxdur?
- Azərbaycanda xəstələr azdır, səlahiyyətli qurumlar virusun yayılmaması üçün bütün tədbirləri görüblər.

- Karantin rejimi başlamazdan əvvəl Ukraynaya getmək imkanınız yox idi?
- Klubla əlaqə saxladım, deyildi ki, çempionat tezliklə bərpa edilə bilər və ya ən azı məşq edəcəyik. Bu üzdən qalmalı oldum.

- "Səbail"də futbolçuların maaşlarının azaldılması ilə bağlı söhbət olmayıb?
- Xeyr, bu hələ müzakirə olunmayıb.

- Çempionatı davam etdirmək mümkün olacaq?
- Bizim cəmi 8 oyunumuz qalıb. Fikrimcə, çempionat bərpa edilsə, bu, mayın sonu və ya iyunun əvvəlindən tez olmayacaq. UEFA çempionatı sona çatdırmadan çempion və mükafatçıları təyin edən ölkələrin Avropa yarışlarında yerlərini itirə biləcəyini açıqladı. "Qarabağ", "Neftçi" kimi klublar üçün avrokubokda iştirak etmək yaxşı maddi köməkdir. Buna görə də, buradakı hər kəs çempionatın bərpasında və oynanılmasında maraqlıdır.