11:10 13-04-2020
news_image
169
FUTBOL

Azarkeşləri “karton adamlar” əvəzləyəcək – ölkə çempionatında

Çinin yaxınlığında yerləşən Tayvan koronavirus pandemiyasına yoluxma sayı ən az olan ölkələrdən biridir.

Apasport.az saytının məlumatına görə, bu üzdən ölkədə beysbol üzrə çempionat mövsümün sonuna qədər azarkeşsiz keçiriləcək.

Lakin tayvanlılar bunu sığortalamağın yolunu tapıblar. Kartondan adam düzəldən stadion nümayəndələri onları tribunaların oturacaqlarına yerləşdiriblər. Hətta həmin kartonlara maska vurmaq da yaddan çıxmayıb.

Qeyd edək ki, bu günə qədər Tayvanda 393 yoluxma müşahidə edilib, 6 nəfər ölüb.