11:36 13-04-2020
news_image
110
FUTBOL

“Bavariya”da qalır – Perişiç

Almaniyanın “Bavariya” klubunda icarədə olan xorvatiyalı futbolçu İvan Perişiçin karyerasını Münhen təmsilçisində davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, Bundesliqa klubu yarımmüdafiəçinin transferi ilə bağlı razılıq əldə edib.

“Bavariya” və futbolçunun müqavilə ilə məxsus olduğu İtaliya “İnter”inin hansı məbləğ qarşılığında razılaşdığı rəsmən açıqlanmır. Lakin bu keçidin 15-20 milyon dollar aralığında gerçəkləşəcəyi iddia olunur.

Qeyd edək ki, Perişiç cari mövsümün 22 oyununda 5 qol vurub.