12:49 13-04-2020
news_image
276
FUTBOL

“Yataqda da həmişə futbola baxırdı” - Emerinin keçmiş sevgilisi

“Unai hətta yataqda da həmişə futbola baxırdı”. 

Apasport.az saytının məlumatına görə, bunu İngiltərənin “Arsenal” klubunun sabiq baş məşqçisi Unai Emerinin keçmiş sevgilisi Saşa Rayt deyib.

O, ispaniyalı mütəxəssislə münasibətləri barədə danışıb: “Mən düşünürdüm ki, biz evlənəcəyik və nə vaxtsa uşaqlarımız olacaq. Sonra başa düşdüm ki, o, ciddi münasibətlərə hazır deyil”.

Qeyd edək ki, 48 yaşlı Emerinin son iş yeri 2019-cu ilin noyabrında ayrıldığı “Arsenal” olub.