13:24 13-04-2020
news_image
85
FUTBOL

“Real-Sosyedad” fikrindən daşındı – məşqləri bərpa edəsi olmadı

İspaniyanın “Real-Sosyedad” klubu koronavirus pandemiyası üzündən dayandırılan məşqləri bərpa etmək fikrindən daşınıb.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi bu qərarı komanda daxili məsləhətləşmələrdən sonra verib.

Futbolçuların karantin müddətində evdə fərdi məşqlərə davam etməsi daha məqsədəuyğun sayılıb. Hərçənd öncədən aprelin 14-də klubun bazasında toplaşmağı planlaşdırılırdı.

Qeyd edək ki, La Liqada mövsüm qeyri-müəyyən müddətə qədər dayandırılıb.