13:53 13-04-2020
news_image
76
FUTBOL

"Real"ın hədəfindəki 2 ulduz

"Real" mövsümün sonunda heyətini gücləndirməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, "kral klubu"nun transfer gündəmindəki 2 futbolçunun adı məlumdur.

Bunlar "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba və Dortmund "Borussiya"sının hücumçusu Erlinq Halanddır. Poqbanın transfer dəyəri 80 milyon avroya bərabərdir. Ancaq "qırmızı şeytanlar" fransalının 2021-ci ilin yayına qədər olan sözləşmə müddətini daha 1 il uzatmaq niyyətindədir.

"Borussiya"ya qış fasiləsində keçən Halandın keçidini isə 72 milyon avroya reallaşdırmaq olar. Norveçlinin almanlarla müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.

Qeyd edək ki, İspaniya La Liqasında 27 turdan sonra aktivində 56 xal olan "Real" lider "Barselona"dan 2 xal geri qalır.