14:42 13-04-2020
news_image
176
FUTBOL

“Ayaks”ın qapıçısına daha bir müştəri

Fransanın PSJ klubu mövsümlərarası fasilədə heyətinə yeni qapıçı qatmaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Paris təmsilçisi Niderlandın “Ayaks” klubunun 24 yaşlı futbolçusu Andre Onananı transfer etməyə qərar verib.

Liqa1 təmsilçisi onu ehtiyat qolkiper kimi almaq istəyir. Fransalılar Onanaya 34 yaşlı Keylor Navasın əvəzləyicisi gözü ilə baxır.

Fransa təmsilçisi ötən yay da Andre ilə maraqlansa da, sonra Keyloru transfer etmişdi. Bu dəfə keçid baş tutsa, PSJ 30 milyon avroya yaxın xərcləmiş olacaq. Lakin İspaniya “Barselona”sı da “Ayaks”ın futbolçusunun xidmətində maraqlıdır.

Qeyd edək ki, Onana cari mövsümdə “Ayaks”da 24 oyun keçirib.