15:27 13-04-2020
news_image
202
FUTBOL

“İnter” “Barselona”ya qiymət oxudu – 111 milyon

İtaliyanın “İnter” klubu futbolçusu Lautaro Martinesi satacağı qiyməti açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Milan təmsilçisi argentinalı hücumçusunu 111 milyon avrodan ucuz qiymətə başqa kluba buraxmayacaq.

Martinesin xidmətində İspaniya “Barselona”sı maraqlıdır. La Liqa klubu üçün bu futbolçu qarşıdakı transfer dövrünün əsas hədəfidir.

İspaniya təmsilçisi Lautaronun əvəzinə 2-3 futbolçusunu da verməyə hazırdır. “İnter” isə yalnız vəsaitin tam ödənməsini tələb edir.

Qeyd edək ki, 22 yaşlı cənubi amerikalı cari mövsümün 31 oyununda 16 qol vurub.