21:50 13-04-2020
news_image
96
FUTBOL

Komanla bağlı qərarını verdi - "Bavariya"

"Bavariya" futbolçusu Kinqsli Komanla bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi yarımmüdafiəçini "Barselona"ya satmayacağını bəyan edib.

Kataloniya klubu Neymarın keçidi baş tutmayacağı təqdirdə Komanla danışıq aparmağı planlaşdırsa da, Bundesliqa təmsilçisi 23 yaşlı oyunçusunu heç bir qiymətə satmayacaq. Hətta Fransa millisinin üzvünün tez-tez zədələnməsi də almanların fikrinə təsir etmir.

Qeyd edək ki, Kinqsli Koman 2015-ci ildən "Bavariya"da çıxış edir.