23:36 13-04-2020
news_image
94
FUTBOL

“Real”a qayıtmaq istəmir - Edeqor

İspaniyanın “Real” klubunun futbolçusu Martin Edeqor karyerasını daha bir il “Real-Sosyedad”da davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə norveçli yarımmüdafiəçi icarədə olduğu komandada qalmaq istəyir.

Edeqor 2019-cu ilin yayından şərəfini qoruduğu komanda ilə 2 illik icarə müqaviləsi bağlasa da, paytaxt klubu onu vaxtından əvvəl geri çağırmaq niyyətindədir. Bu, “Real”a 4 milyon avro kompensasiya bahasına başa gələcək. Martin klub rəhbərliyindən xahiş edərək bildirib ki, San-Sebastyan təmsilçisindəki durumundan razıdır və icarənin sonunadək qalmaq arzusundadır.

Qeyd edək ki, norveçli futbolçu “Real”a 2015-ci ildə 16 yaşında olarkən “Stromsqodset”dən keçib. O, ötən mövsüm icarə əsasında Niderland “Vitess”ində oynayıb.