23:54 13-04-2020
news_image
146
DİGƏR NÖVLƏR

Fransa Qran-Prisi baş tutmayacaq?

“Formula-1” üzrə dünya çempionatının daha bir mərhələsinin keçirilməsi sual altına düşüb.

Apasport.az saytının məlumatına görə, iyunun 26-28-nə planlaşdırılan Fransa Qran-Prisinin baş tutmaması gözlənilir.

Ölkə prezidenti Emmanuel Makron iyulun ortalarınadək bütün kütləvi tədbirlərin qadağan olunduğunu açıqlayıb. Bu qərara əsasən, Le-Kastelledə təşkil olunması nəzərdə tutulan mərhələ böyük ehtimalla keçirilməyəcək. Ən yaxşı halda isə yarış azarkeşsiz baş tutacaq. Lakin “Formula-1” rəhbərliyi və Qran-Prinin təşkilatçıları bununla bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, mövsümün əvvəlki 9 mərhələsindən ikisi ləğv edilib, yeddisi, o cümlədən Azərbaycan Qran-Prisi qeyri-müəyyən müddətə təxirə salınıb.