01:01 14-04-2020
news_image
164
FUTBOL

Qovulan vitse-prezidenti məhkəməyə verir - "Barselona"

"Barselona" yenicə istefaya göndərilən vitse-prezident Emili Rusonu məhkəməyə verəcək.

Apasport.az saytının məlumatına görə, buna səbəb onun vəzifəsindən kənarlaşdırıldıqdan sonra rəhbərliklə bağlı səsləndirdiyi ittihamlardır.

Ruso Kataloniya təmsilçisini korrupsiyaya yol verməkdə ittiham edib və bu, rəhbərliyin qəzəbinə səbəb olub. Bu ittihamları rədd edən La Liqa klubu "Barselona"nın şərəf və ləyaqətini alçaltmağa cəhd etdiyi üçün Rusonu məhkəməyə vermək qərarına gəlib. Klub rəsmisi Xosep Vives sabiq vitse-prezidentdən sübut tələb edib.

Qeyd edək ki, Emili Ruso mətbuata açıqlamasında klubun büdcəsindən 1 milyon avro çıxarıldığını və göstərilən iş üçün onun cəmi 100 min avrosunun xərcləndiyini bildirib.