01:06 14-04-2020
news_image
155
FUTBOL

Rekorddan 10 top az – dayandırılan çempionatımızda

Koronavirus pandemiyası üzündən dayandırılan Azərbaycan Premyer Liqasının baş tutan 20 turunun ən məhsuldar oyunlarında 6 qol vurulub. 

Apasport.az saytının məlumatına görə, buna 2 dəfə təsadüf olunub. 

Ötən il oktyabrın 27-də keçirilən “Sumqayıt” – “Neftçi” (2:4) və bu il fevralın 15-də baş tutan “Zirə” – “Qarabağ” (0:6) matçları daha məhsuldar keçib.

Azərbaycan çempionatları tarixinin ən məhsuldar qarşılaşmasında isə bundan 10 top çox - 16 qol vurulub. 1992-ci ildən təşkil olunan yarışın mütləq rekordu 1996/97 mövsümündə qeydə alınıb. Həmin çempionatda baş tutan Qərb derbisində “Kəpəz” “Şəmkir”i 14:2 hesabı ilə məğlub edib.

Üç qarşılaşmada isə 12 qol qeydə alınıb. Bu oyunlardan ikisi də “Kəpəz”in qalib gəldiyi matçlardır. Gəncəlilər səfərdə Neftçala “Pambıqçı”sını 10:2, evdə Qusar “Şahdağ”ını 11:1 hesabı ilə məğlubiyyətə uğradıb.

12 və daha çox qolun vurulduğu qarşılaşmalardan biri heç-heçə başa çatıb. 6:6 hesabı ilə nəticələnən “Viləş” – “Turan” oyunu ölkə çempionatlarının ən məhsuldar bərabərliyidir.

Azərbaycan çempionatlarının ən məhsuldar oyunları

1996/97 mövsümü

23.11.1996. “Kəpəz” – “Şəmkir” – 14:2

1995/96 mövsümü

03.03.1996. “Pambiqçı” N – “Kəpəz” – 2:10

1998/99 mövsümü

19.09.1998. “Kəpəz” – “Şahdağ” Qs – 11:1

1998/99 mövsümü

25.04.1999. “Viləş” – “Turan” – 6:6