08:54 14-04-2020
news_image
291
FUTBOL

XXI əsrin heyəti - "Qarabağ"ın legioneri namizədlər sırasında

"Albasete" klubunun XXI əsrdə yetişdirdiyi ən güclü futbolçuların adları müəyyənləşir.

Apasport.az saytının məlumatına görə, İspaniya klubunun kəşf etdiyi futbolçulardan ibarət simvolik "11-lik" seçilir.

Həmkarlarımız Sequnda təmsilçisinin indiyə qədər üzə çıxardığı 40 futbolçunun adını vurğulayıb və rəmzi komandanı seçmək üçün azarkeşlərlə sorğu aparılır. Namizədlər sırasında hazırda "Qarabağ"ın formasını geyinən Xayme Romero da var. Onun barəsində yazıda Romeronun 18 yaşında ön xəttin liderlərindən biri olduğu vurğulanıb.

Karyerası ərzində yalnız İspaniya və İtaliyada çıxış edən Romero cari mövsümün əvvəlindən "Qarabağ"ın formasını geyinir. Hazırda davam edən səsvermədə cəmi 1 faiz səs toplayan Romero 13-cü sırada qərarlaşır.

Qeyd edək ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilov hazırda "Albasete"nin şərəfini qoruyur.