10:15 14-04-2020
news_image

Millimizin sabiq baş məşqçisinin həbs qərarı qüvvədə saxlanıldı

Cüdo üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Peter Zayzenbaherin cəzası qüvvədə saxlanılıb.

Apasport.az saytının məlumatına görə, ötən ilin sonlarında 5 il müddətinə həbs edilən 60 yaşlı mütəxəssis cəzasını sona qədər çəkəcək.

Çünki Avstriya Federal Ali Məhkəməsi olimpiya çempionu ilə bağlı məhkəmə qərarını qüvvədə saxlayıb. Ali Məhkəmə Zayzenbaherin etirazını qəbul etməyib.

Qeyd edək ki, 2012-2013-cü illərdə Azərbaycanda işləmiş məşqçinin 1999-2004-cü illərdə rəhbərliyi altında hazırlıq keçən idmançılarını zorladığı bildirilir. Zayzenbaherin 1999-cu ildəki ilk “qurbanı”nın 11 yaşı olub və o həmin idmançıya 2002-ci ilədək təcavüz edib. Bundan başqa, çalışdırıcı 2004-cü ildə 13 yaşlı başqa yetirməsinə də xoşagəlməz hərəkətlər edib. Mütəxəssisin 2001-ci ildə Xorvatiyada baş tutan təlim-məşq toplanışı vaxtı 16 yaşlı yeniyetmə cüdoçunu zorlaması da şikayətdə yer alıb.