10:25 14-04-2020
news_image
172
FUTBOL

“Roma”nın hədəfində iki futbolçu

İtaliyanın “Roma” klubu mövsümlərarası fasilədə heyətinə yeni futbolçular qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, paytaxtın eyniadlı təmsilçisi İngiltərə Premyer Liqasında çıxış edən iki futbolçu ilə danışıqlara başlamaq niyyətindədir.

Bunlar “Çelsi”nin yarımmüdafiəçisi Pedro Rodriges və “Tottenhem”in müdafiəçisi Yan Vertongendir. 32 yaşlı futbolçuların hər ikisinin indiki müqaviləsi yayda başa çatır. Bu da “canavarlar”a oyunçuları azad agent kimi ələ keçirmək imkanı verir.

Lakin Pedrodan fərqli, belçikalı müdafiəçi “Roma” üçün ehtiyat variantdır. İtaliya klubu müqavilə ilə İngiltərə “Mançester Yunayted”inə məxsus Kris Smollinqi ala bilməsə, Vertongenin keçidi ön plana çıxacaq.