11:21 14-04-2020
news_image
222
FUTBOL

“Sevilya” millinin qapıçısını alır

İspaniyanın “Sevilya” klubu qapıçı transfer etmək qərarına gəlib.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi Serbiya millisinin qolkiperi Predraq Raykoviçi heyətinə qatmaq istəyir.

Klub rəsmiləri Fransanın “Reyms” klubunun 24 yaşlı əlcək sahibini neçə müddətdir izləyir. Raykoviç hələ Təl-Əviv “Makkabi”sində çıxış edən vaxtdan “Sevilya” onu diqqətində saxlayır.

Qeyd edək ki, Predraq cari mövsümdə 27 oyuna 18 qol buraxıb.