12:15 14-04-2020
news_image
107
FUTBOL

Torres Premyer Liqa yolunda

İngiltərənin “Mançester Yunayted” klubu Ferran Torresi transfer edə bilər.

Apasport.az saytının məlumatına görə, İspaniya “Valensiya”sının yarımmüdafiəçisi Premyer Liqa klubu üçün alternativ variantdır.

Mançesterlilər Almaniya “Borussiya”sının futbolçusu Ceydon Sançonu heyətinə qatmaqda maraqlıdır. Lakin Dortmund təmsilçisi oyunçunu buraxmaqda o qədər də istəkli deyil.

“Mançester Yunayted” Sançonu transfer edə bilməsə, 20 yaşlı ispaniyalını ələ keçirməyə çalışacaq. İngiltərəlilər Torresi heyətinə qatmaq istəyən yeganə komanda deyil. İtaliya “Yuvantus”u, İspaniya “Barselona”sı və Almaniya “Borussiya”sı (Dortmund) da transferi 100 milyon avro dəyərində göstərilən Ferranın xidmətində maraqlıdırlar.

Qeyd edək ki, "Valensiya"nın yetirməsi olan Ferran Torres 2017-ci ildən əsas komandada çıxış edir.