12:57 14-04-2020
news_image
228
FUTBOL

"Super Liqa mayda bərpa edilə bilər" - TFF prezidenti

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdəmir Super Liqanın bərpası məsələsinə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, o, koronavirus pandemiyası səbəbindən dayandırılan ölkə çempionatının maydan tez başlamayacağını söyləyib.

Federasiya rəhbəri gələn ay keçiriləcək müzakirələrdən sonra tarixlə bağlı müəyyən fikrə gələcəklərini vurğulayıb: "Səhiyyə naziri, idman naziri və səlahiyyətli qurumların hazırlayacağı raportlar çox önəmlidir. Əlbəttə, UEFA-nın da fikrini soruşacağıq. Mayın ilk həftəsində bütün bunları müzakirə edib, gələn ay Super Liqanı bərpa edib-etməyəcəyimizə qərar verəcəyik".

Qeyd edək ki, Türkiyə Superliqası 26 turdan sonra dayandırılıb.