14:09 14-04-2020
news_image
245
FUTBOL

"Braziliyadan təkliflər var" - "Neftçi"nin sabiq futbolçusu

"İnter" (indiki "Keşlə") və "Neftçi"nin sabiq hücumçusu Valter Quqlemon qardaşı Edinson Kavaninin gələcəyi haqda danışıb.

Apasport.az saytının məlumatına görə, PSJ-nin forvardının menecerliyini edən keçmiş futbolçu onunla maraqlanan klubların adlarını açıqlayıb.

Quqlemon bildirib ki, qardaşı Braziliya və ya Argentinaya köçə bilər: "Kavaninin "Flamenqo", "Palmeyras", "İnternasional" və "Boka Xuniors" istəyirlər. Hər şey ola bilər. Başqa bir neçə təklif də var. Hadisələrin necə cərəyan edəcəyini birlikdə görəcəyik".

Qeyd edək ki, Edinson Kavani mövsümün sonunda PSJ-dən ayrılacaq və azad agent statusu daşıyacaq.