14:12 14-04-2020
news_image
118
FUTBOL

“Beşiktaş” üçün ukraynalı azad agent

Ukrayna millisinin futbolçusu Viktor Kovalenko karyerasını Türkiyədə davam etdirmək imkanı qazanıb.

Apasport.az saytının məlumatına görə, Donetsk “Şaxtyor”unun yarımmüdafiəçisi “Beşiktaş” klubuna təklif olunub.

Koronavirus pandemiyası üzündən bahalı transferlər etmək istəməyən və heyəti nisbətən gəncləşdirməyi planlaşdıran İstanbul klubu üçün Kovalenko münasib variantdır. Çünki bu ilin yayında müqaviləsi başa çatacaq 24 yaşlı futbolçu azad agent statusu alacaq.

Qeyd edək ki, cari mövsümdə 21 matça çıxan Viktor 2 qola imza atıb.