14:36 14-04-2020
news_image
73
FUTBOL

Premyer Liqaya 200 milyonluq zərbə

İngiltərə Premyer Liqasının oyunları azarkeşsiz keçirilməsi üzündən klubların mövsümlük abonent sahiblərinə ödəyəcəyi kompensasiyanın məbləği müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, klublar ümumilikdə 115 milyon avroya yaxın vəsait ödəməli olacaq.

Koronavirus pandemiyası üzündən dayandırılan mövsüm əgər azarkeşsiz davam etdirilsə, korporativ müştərilərin vəsaitlərinin də bir hissəsi qaytarılacaq. Bununla da klublara dəyən ziyan 200 milyon avroya çatacaq.

Qeyd edək ki, İngiltərə çempionatı martın ortalarında dayandırılıb.