15:33 14-04-2020
news_image
143
FUTBOL

"İnter"ə növbəti təklif - 2 futbolçu

"Barselona" "İnter"in hücumçusu Lautaro Martinesin transferi üçün daha bir variantı nəzərdən keçirir.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu argentinalı forvard müqabilində qarşı tərəfə bu dəfə hücumçusu Antuan Qrizmannı təklif edib.

"Neradzurra" razılıq versə, transfer qiyməti 111 milyon avro olan Martineslə Qrizmann klublarını dəyişəcəklər. İspanlar həmçinin bu dəyişikliyin baş tutacağı təqdirdə, yarımmüdafiəçi Arturo Vidalın da "İnter"ə keçidində italyanlara şərait yaradılacağına söz veriblər.

Qeyd edək ki, "Real" və "Mançester Siti" də Lautaro Martinesin transferində maraqlıdırlar.