16:15 14-04-2020
news_image
97
FUTBOL

“Cari mövsümlə bağlı qərar verilməyib” – UEFA

Koronavirus pandemiyası ilə bağlı dayandırılan mövsümlə bağlı hər hansı bir qərar verilməyib.

Apasport.az saytının məlumatına görə, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.

Bildirilir ki, Avropa Klublar Assosiasiyası (ECA), UEFA və Avropa liqalarının nümayəndələrindən təşkil olunan İşçi qrupu yarışların davam etdirilməsi və başa çatdırılması ilə bağlı məsələlər üzərində işləyir. Bununla da UEFA mövsümün avqustda yekunlaşması barədə xəbərləri təkzib edib: "İşçi qrupu hazırda bir neçə variantın üzərində çalışır. İndiki mərhələdə cari mövsümün başa çatdırılması və ya davam etdirilməsi barədə qərar qəbul olunmayıb".

Qeyd edək ki, avrokuboklar və Belarus istisna olmaqla Avropadakı bütün çempionatlar koronavirus pandemiyası üzündən dayandırılıb.