16:19 14-04-2020
news_image
296
FUTBOL

Asiyada təxirəsalmalara davam

Asiya Futbol Konfederasiyası (AFC) may və iyun aylarına planlaşdırılan bütün oyunları qeyri-müəyyən müddətə təxirə salıb.

Apasport.az saytının məlumatına görə, buna koronavirus pandemiyası səbəb olub.

Bir müddət əvvəl mart və apreldə keçirilməli olan yarışları təxirə salan konfederasiya daha iki ay barədə qərar verməyi məqsədəuyğun sayıb: “Koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər və qadağaların davam etməsi üzündən AFC may və iyuna planlaşdırlan oyunları təxirə salmağa qərar verib”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına əsasən dünyada yoluxanların sayı 1,8 milyonu keçib.