17:11 14-04-2020
news_image
134
FUTBOL

Biri gəlir, biri gedir? - paytaxt klubunda

"Atletiko" mövsümün sonunda yarımmüdafiəçisi Toma Lemarla yollarını ayırmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi Fransa millisinin üzvünü satmaq fikrinə düşüb.

Baş məşqçi Dieqo Simeone 24 yaşlı oyunçunun gedişinə qarşı deyil. Hazırda onun xidmətində "Lion" maraqlıdır.

"Atletiko" əvəzində "Valyadolid"in mərkəz müdafiəçisi Məhəmməd Salisuya elçi düşüb. 20 yaşlı oyunçu uğrunda şəhərin digər komandası "Real"la mübarizə gedir. Salisunun transfer qiymətinin 12 milyon avroya olması paytaxt klublarını həvəsləndirir.

Qeyd edək ki, Toma Lemar 2018-ci ildən "Atletiko"nun şərəfini qoruyur.