17:31 14-04-2020
news_image
255
DİGƏR NÖVLƏR

Daha bir Avropa çempionatı təxirə salındı

Ağır atletika üzrə Avropa çempionatı təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, bunu Rusiya Ağır Atletika Federasiyasının prezidenti Maksim Aqapitov açıqlayıb.

O bildirib, Rusiya paytaxtı Moskvada keçirilməli olan yarış baş tutmayacaq. İyunun 13-21-də təşkil olunması planlaşdırılan çempionatın təxirə düşməsinə koronavirus pandemiyası səbəb olub: “Avropa Ağır Atletika Federasiyasının baş katibinə çempionatın təxirə salınmalı olduğunu dedim. Çünki yarışa cəmi 2 ay qalıb. Təbii ki, belə vəziyyətdə heç nə edə bilmərik. Mən çempionatın oktyabrda təşkil olunmasını təklif etmişəm”.

Qeyd edək ki, öncədən aprelin 4-12-nə planlaşdırılan Avropa çempionatı iyunun 13-21-dək təxirə salınmışdı.