22:19 14-04-2020
news_image
375
FUTBOL

Premyer Liqa klubu satılır – 350 milyona

İngiltərənin “Nyukasl” klubu yaxın müddətdə satılacaq.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubunun yeni sahibi olacaq konsorsiumun nümayəndəsi kimi ingiltərəli iş adamı Amanda Steyvli çıxış edir.

Danışıqlar artıq yekunlaşmaq üzrə olduğundan alqı-satqı hələ rəsmiləşməyib. “Nyukasl”ın 350 milyon funt sterlinqə satılacağı bildirilir.

Klubun indiki sahibi Mayk Eşli dərhal 200 milyon alacaq. Digər 150 milyon isə 5 il ərzində hissələrlə veriləcək.

Qeyd edək ki, Steyvli “Nyukasl”ı Devid və Saymob Rubenov, həmçinin Səudiyyə Ərəbistanının dövlət investisiya fondunun dəstəyi ilə alır. O, 2018-ci ildə “Nyukasl”ı 250 milyona almağa cəhd etsə də, Eşli klubu satmamışdı. İddia olunur ki, Səudiyyə Ərəbistanı şahzadəsi Muhammed ibn Salman Al-Saud Steyvli ilə birləşərək Nyukasl təmsilçisini almaq istəyib.