23:32 14-04-2020
news_image
132
FUTBOL

Kanteyə qiymət oxudu - "Çelsi"

"Çelsi" yarımmüdafiəçisi Nqolo Kante ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Fransa millisinin üzvünün gedişinə razılıq verib.

Avropanın bir neçə nəhəng klubunun maraq dairəsində olan 29 yaşlı dayaq yarımmüdafiəçisinin satılması "zadəganlar"ı maliyyə böhranından da xilas edəcək. Bu səbəbdən Premyer Liqa komandası aparıcı oyunçusuna 70 milyon avro qiymət qoyub. Onu xidmətində "Yuventus", PSJ və "Real" daha maraqlıdır.

Qeyd edək ki, Nqolo Kante "Çelsi"yə 2016-cı ildə "Lester"dən keçib.