00:23 15-04-2020
news_image
96
FUTBOL

“Roma” Zaniolonun maaşını artırır – yeni müqavilə üçün

İtaliyanın “Roma” klubu futbolçusu Nikolo Zaniolo ilə yeni müqavilə imzalayacaq.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi 20 yaşlı yarımmüdafiəçini heyətdə saxlamaq üçün maaşını təxminən iki dəfə artırıb.

Yeni müqaviləyə əsasən Zaniolo ildə 2,5 milyon avro qazanacaq. Bonuslar hesabına bu rəqəm 3 milyona da çata bilər.

Tərəflər artıq anlaşmanın bütün detallarını razılaşdırsa da, yeni müqavilənin müddətini açıqlanmır. Futbolçunun ötən yay imzaladığı 5 illik anlaşma isə 2024-cü ilin yayında başa çatacaq. Həmin sənədə əsasən yarımmüdafiəçi ildə 1,5 milyon avro qazanır.

Qeyd edək ki, yanvarda zədələnən cari mövsüm A seriyasının 18 matçında 4 qol vurub.