
01:56
Hollandiya futbolunun canlı əfsanəsi Frank De Bur koronavirus pandemiyası ilə bağlı qeyri-adi açıqlama verib.
Apasport.az saytının məlumatına görə, 50 yaşlı mütəxəssis testdən keçdiyini bildirib.
De Bur testinin nəticəsinin mənfi çıxdığını desə də, buna sevinmədiyini etiraf edib: "Koronavirus testim mənfi çıxdı. Amma mən müsbət çıxmasını, virusa yoluxmağımı istərdim. Belə olsaydı, artıq müalicə olunmuş, immunitetimi artırmış olardım".
Qeyd edək ki, Frank De Bur hazırda ABŞ-ın "Atlanta Yunayted" klubunu çalışdırır.