09:23 15-04-2020
news_image
244
FUTBOL

"Qarabağ"la Bakıdakı oyunu heç vaxt unutmayacağam" - kiprli futbolçunun xanımı

APOEL-in müdafiəçisi Nikolas Yoannunun həyat yoldaşı Kristina Efstatio Kipr mətbuatına müsahibə verib.

Apasport.az saytının məlumatına görə, xanım Efstatio Kipr millisinin üzvünün karyerası ilə bağlı maraqlı xatirələri bölüşüb.

O, ən yaddaqalan oyunun cari mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşün olduğunu söyləyib: "O, hər dəfə oyuna çıxanda eyni həyəcanı keçirmişəm. Amma bir görüş daim yadımda qalacaq. Bu, "Qarabağ"la Bakıdakı qarşılaşmadır. Orada qələbə qazanmaları və qrupa vəsiqə əldə etmələri heç vaxt yadımdan çıxmayacaq. Əlbəttə, onun meydanda zədələndiyini görmək xoşagəlməz haldır. Ancaq həmin matçda çox sevinmişdik".

Qeyd edək ki, öz meydanında "Qarabağ"a məğlub olan (1:2) APOEL Bakıdakı cavab görüşündə 2:0 hesablı qələbə qazanaraq, pley-off mərhələsinə yüksəlib, Avropa Liqasının qrupuna vəsiqəni təmin edib.