13:14 15-04-2020
news_image
209
FUTBOL

"Bəzi klublar futbolçulara fərdi məşq planı verməyib" - millimizin baş məşqçisi

"Bəzi klublar futbolçulara fərdi məşq planı verib, bəziləri verməyib".

Bunu apasport.az saytına 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev deyib.

41 yaşlı mütəxəssis koronavirus pandemiyası səbəbindən karantin elan olunsa da, U-19 yığmasının üzvlərini daim nəzarətdə saxladıqlarını söyləyib: "Futbolçularla vatçap qrupumuz var. Biz də boş durmamaq üçün onlayn rejimdə işləmək istəyirik. Amma təəssüf ki, rayonda qalan uşaqların internetlə bağlı problemləri var. Köməkçi-məşqçimiz Emin İmaməliyev hər gün məşq hərəkətlərini videoya çəkib futbolçulara göndərir. Artıq 3-cü həftədir ki, ev şəraitində məşqlərə nəzarət edirik. Oyunçular da məşqlərini çəkib qrupa atırlar. Bir sözlə, nəzarət edirik, boş buraxmamışıq".

Qeyd edək ki, koronavirus pandemiyası üzündən U-19 millimizin mart ayında planlaşdırılan Macarıstan toplanışı baş tutmayıb.