14:45 15-04-2020
news_image
151
FUTBOL

Transfer planına zərbə vurur - koronavirus

Madrid "Real"ının "Ayaks"ın yarımmüdafiəçisi Donni van de Beki transfer etmək istəyi baş tutmaya bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb koronavirus pandemiyasının yaratdığı maliyyə problemidir.

Digər klublar kimi, "Real" da ciddi ziyana uğradığından, transfer planında dəyişikliklər edəcək. "Kral klubu" Hollandiya millisinin üzvü ilə danışıqları artıq dondurub. Halbuki tərəflər arasında ilkin razılıq əldə edilmişdi. İspanlar vəziyyətə uyğun addım atacaqlar və bu keçiddən imtina edə bilərlər.

Qeyd edək ki, Donni van de Bek "Mançester Yunayted" və "Çelsi"nin də maraq dairəsindədir.