16:01 15-04-2020
news_image
135
FUTBOL

“Çelsi”yə təklif - “Barselona”dan

İspaniyanın “Barselona” klubu fransalı Nqolo Kanteni transfer etməyə çalışır.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi yarımmüdafiəçini İngiltərə “Çelsi”sindən almaq niyyətindədir.

Kataloniyalılar 29 yaşlı futbolçunun əvəzinə Filippe Koutinyonu verməyə hazırdır. Braziliyalı “Çelsi”nin maraq dairəsində olduğundan bu təklifin klublar arasında razılıqla başa çatacağı gözlənilir.

Lakin Kante Londondan ayrılmaqda maraqlı deyil. “Zadəganlar” onu zədəyə meylli olduğu üçün satmaq istəsə də, Nqolo karyerasını elə bu klubda davam etdirmək istəyir. Həftədə 290 min funt sterlinq qazanan və klubda ən yüksək ödənişli olan fransalının getməsi büdcəyə də faydalı olacaq.