17:14 15-04-2020
news_image
174
FUTBOL

Mövsümün bərpası yaxınlaşır - Çexiya və Avstriyada

Koronavirus pandemiyası ilə bağlı yaranan fasilədən sonra Avropada çempionatı bərpa olunacaq ilk ölkə olmağa namizədlər müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, hazırda Çexiya və Avstriya liqaları mübarizəni davam etdirməyə ən yaxın olan ölkələr hesab edilir.

Artıq bu ölkələrdə karantin məhdudiyyətləri qismən aradan qaldırılmağa başlayıb. Çexiyada komandaların aprelin 20-də məşqlərə start verəcəyi gözlənilir. 

Mövsümün davamı isə iyunun 8-də başlaya bilər. Bunu ölkənin səhiyyə naziri Adam Voytex açıqlayıb: “Əgər hər şey yaxşı olsa, mövsümün böyük ehtimalla iyunun 8-dən bərpa olunacağını düşünürəm. Amma tribunalarda azarkeşlər olmadan”.

Avstriya isə daha tez – mayda mövsümün qalan hissəsinə start verə bilər. Artıq gələn həftə futbolçular məşqləri bərpa etməlidir. Turnirin davamının isə mayın son ongünlüyəndə başlanması mümkündür. Amma matçlardan 48 saat əvvəl bütün oyunçuların koronovirusdan keçməsi tələb olunacaq.