22:45 15-04-2020
news_image
411
FUTBOL

"3 klubdan birini arzulayıram" - braziliyalı futbolçu

Donetsk "Şaxtyor"unun yarımmüdafiəçisi Tete daha böyük kluba keçmək istəyir.

Apasport.az saytının məlumatına görə, 20 yaşlı hücumameyilli futbolçu 3 komandadan birində oynamaq istədiyini etiraf edib.

Braziliyanın U-20 yığmasının üzvü "Barselona", "Liverpul" və "Mançester Yunayted"ə simpatiya bəslədiyini söyləyib: "Bu 3 klubdan birində oynamaq arzusundayam. Bütün nüfuzlu kubokları qazanmaq istəyirəm. Bunu da adları sadalanan klublarla reallaşdırmaq mümkün olar. "Mançester Yunayted"lə "Liverpul"un düşmən komandalar olduğunu bilirəm. Aralarında seçim etməli olsam, ətraflı düşünməli olacağam".

Qeyd edək ki, Tete "Şaxtyor"a ötən ilin əvvəlində "Qremio"dan keçib.