23:15 15-04-2020
news_image
154
DİGƏR NÖVLƏR

Belçika Qran-Prisi keçirilməyə bilər

“Formula-1” üzrə dünya çempionatının daha bir mərhələsinin keçirilməsi sual altına düşüb.

Apasport.az saytının məlumatına görə, Belçika Qran-Prisi təxirə salınacaq.

Belçika hökuməti ölkə ərazisindəki bütün kütləvi tədbirləri avqustun 31-nə qədər dayandırmaq barədə rəsmi bəyanat verib. Bu üzdən də avqustun 30-da baş tutmalı olan Qran-Prinin keçirilməsi sual altına düşüb.

Təşkilatçılar məsələ ilə bağlı rəsmi mövqeyini açıqlamayıb. Yarış baş tutsa belə azarkeşsiz keçiriləcək.

Qeyd edək ki, mövsümün əvvəlki 9 mərhələsindən ikisi ləğv edilib, yeddisi, o cümlədən Azərbaycan Qran-Prisi qeyri-müəyyən müddətə təxirə salınıb. Fransadakı mərhələnin taleyi isə qeyri-müəyyəndir.