00:02 16-04-2020
news_image
85
FUTBOL

Premyer Liqanın taleyi müzakirə olunacaq - videokonfransda

İngiltərə Premyer Liqasının gələcək taleyi ilə bağlı növbəti iclas baş tutacaq.

Apasport.az saytının məlumatına görə, bununla bağlı aprelin 17-də elita klublarının nümayəndələri arasında videokonfrans keçiriləcək.

Həmin görüşdə müzakirə olunacaq ilk məsələ Premyer Liqanın bərpa müddəti ilə bağlı olacaq. Klublar çempionatın davam etdirilməsinin tərəfdarıdırlar. Lakin koronavirus pandemiyasının ölkədə yaratdığı vəziyyətə uyğun addım atılacaq.

Videokonfransda müqavilə müddəti və icarə müddəti mövsümün sonuna qədər olan futbolçularla bağlı da müzakirə aparılacaq. FİFA həmin oyunçulara sərbəst qərar vermək şansı yaratsa da, bu vəziyyət Premyer Liqa təmsilçilərini narahat edir. 

Qeyd edək ki, İngiltərə Premyer Liqası 29 turdan sonra dayandırılıb. Hazırda lider olan "Liverpul" (82 xal) ən yaxın izləyicisi "Mançester Siti"ni 25 xal qabaqlayır.